Naxçıvan şəhər komandası Ümumrespublika Xəmsə Festivalına vəsiqə qazanıb - FOTOLAR

Naxçıvan şəhər komandası Ümumrespublika Xəmsə Festivalına vəsiqə qazanıb<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhər komandası Ümumrespublika Xəmsə Festivalına vəsiqə qazanıb<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Nizami Gəncəvi ili”nə həsr olunan Ümumrespublika Xəmsə Festivalının Naxçıvan Muxtar Respublikası üzrə seçmə mərhələsi keçirilib.

Tədbirin açılış mərasimində Ümumrespublika Xəmsə Festivalı barədə danışan Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov bildiriblər ki, məqsəd ölkə gənclərinin dünyagörüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri inkişaf etdirmək və milli-mənəvi dəyərlərimizə, tariximizə bağlı vətəndaş kimi formalaşmalarına dəstək göstərməkdir.

Sonra Xəmsə Milli İntellektual oyununa start verilib. Seçim mərhələsində muxtar respublikanın ayrı-ayrı bölgələrindən 40 gənc 8 komanda şəklində iştirak edib. 

Gərgin mübarizə şəraitində keçən intellektual oyun gənclərin fəal iştirakı ilə diqqəti cəlb edib.

“Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundundan ibarət olan oyunda ən çox xal toplayan Naxçıvan şəhərinin komandası birinci yerin qalibi olub. Qalib komanda Gəncə şəhərində təşkil olunacaq Ümumrespublika Xəmsə Festivalının final mərhələsində Naxçıvan Muxtar Respublikasını təmsil edəcək.

Ərhan Novruzov

Xəbər lenti
Çox oxunan xəbərlər