“Müasir Naxçıvan” adlı dərs vəsaitinin təqdimatı keçirilib - FOTOLAR

“Müasir Naxçıvan” adlı dərs vəsaitinin təqdimatı keçirilib<font color=red> - FOTOLAR</font> “Müasir Naxçıvan” adlı dərs vəsaitinin təqdimatı keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Şərq qapısı” qəzetinin baş redaktoru, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Mehriban Sultanın “Müasir Naxçıvan” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Təqdimat mərasimində universitetin rektoru Elbrus İsayev muxtar respublikanın ictimai-siyasi həyatını, sosial-iqtisadi inkişafını özündə əks etdirən, dövlətçilik, Azərbaycançılıq ideologiyası, hərbi-vətənpərvərlik ruhunda yazılmış məqalələrdən ibarət nəşri Naxçıvan jurnalistika məktəbinə mühüm töhfə olaraq dəyərləndirib. Qeyd edilib ki, yeni nəşr həm də 100 illik yubileyi qeyd olunan “Şərq qapısı”nın son illərdəki fəaliyyətinin yığcam hesabatı da sayıla bilər. Rektor müəllifin ali təhsil ocağında müəllim kimi fəaliyyətini də yüksək qiymətləndirərək kitabı bu sahə üzrə təhsil alan Jurnalistika ixtisası tələbələri üçün müasir jurnalistikanın tələbləri, qəzetçilik üslubunu, janr, dil spesifikasını öyrənmək baxımından qiymətli mənbə hesab edib. Rektor yeni nəşrin bu əhəmiyyəti nəzərə alınaraq Universitet Elmi Şurasının 17 sentyabr tarixli qərarı ilə dərs vəsaiti təsdiq olunduğunu bildirib.     

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev kitabda yer alan məqalələri, publisistik yazıları Naxçıvan mətbuatında siyasi publisistikanın mükəmməl nümunələri adlandırıb. Yeni nəşrdə yer alan, ölkədə və muxtar respublikamızda aparılan mətbuat və informasiya siyasəti, Naxçıvanda elm və təhsilin inkişafı, oxunması zəruri olan kitablarla bağlı məqalələrdə mövzunun mahiyyəti üzə çıxarılaraq faktlara əsaslanan dolğun təəssürat yaradılır.

Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov, “Şərq qapısı” qəzetinin şöbə müdiri Nail Əsgərov, universitetin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi Məcid Əkbərov kitabla bağlı fikirlərini bölüşüblər.

Sonda müəllif muxtar respublikada jurnalistikanın inkişafına göstərilən hərtərəfli dövlət qayğısına görə Ali Məclisin Sədri Cənab Vasif Talıbova minnətdarlığını bildirib.

Səadət Əliyeva

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM