Ölkə universitetləri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində “Robototexnikanın əsasları” adlı dərs vəsaiti hazırlanıb - FOTOLAR

Ölkə universitetləri arasında ilk dəfə  Naxçıvan Dövlət Universitetində “Robototexnikanın əsasları” adlı dərs vəsaiti hazırlanıb<font color=red> - FOTOLAR</font> Ölkə universitetləri arasında ilk dəfə  Naxçıvan Dövlət Universitetində “Robototexnikanın əsasları” adlı dərs vəsaiti hazırlanıb<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kitabın müəllifi  “Memarlıq və mühəndislik” fakültəsinin dekanı, “Elektronika və informasiya texnologiyaları” kafedrasının professoru Cavanşir Zeynalovdur.

Dərs vəsaitinin təqdimat mərasimində universitetin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2021-ci il üçün nəşr planına əsasən çap olunan dərs vəsaitinin universitetdə yeni texnoloji, innovativ, beynəlxalq əməkdaşlıq kimi digər sahələrə təsir edəcəyini qeyd edib. Bildirilib ki, dərs vəsaiti əsasında müvafiq elmlər, xüsusilə, elektronika, mexanika, kibernetika, telemexanika, mexatronika, informatika elmləri səmərəli şəkildə öyrəniləcək. Rektor ölkə universitetləri arasında ilk dəfə tədqiqata cəlb edilən dərs vəsaitinin elmi və təcrübi əhəmiyyətini qeyd edərək müəllifə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. 

Vurğulanıb ki, dərs vəsaitində layihələndirmənin əsas prinsiplərinə nəzər yetirilib, avtomatlaşdırılmış layihələndirmə sistemlərinə baxılıb, onun təminat növləri aydınlaşdırılıb, bu sistemdə modelləşdirmə vasitələri göstərilib. Kitabda müasir dövrümüzlə aktuallığını artıran məsələ olaraq, robotların qidalanma sistemləri, bu sahədə icraçı qurğular haqqında təqdimat verilib, sensor sistemləri, yerləşdirmə sensorları barədə məlumatlar yer alıb.

Sonda müəllif elmə, təhsil verilən dövlət qayğısına görə minnətdar olduğunu bildirib, xüsusi diqqətlə nəşr olunan kitabının gənc nəslə faydalı olacağına əminliyini ifadə edib.  

Səadət Əliyeva 
 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM