“Naxçıvan” Universitetinin tələbələri "Mərkəzi bankçılıq" seminarında iştirak edib - FOTOLAR

“Naxçıvan” Universitetinin tələbələri "Mərkəzi bankçılıq" seminarında iştirak edib<font color=red> - FOTOLAR</font> “Naxçıvan” Universitetinin tələbələri "Mərkəzi bankçılıq" seminarında iştirak edib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları tərəfindən “Naxçıvan” Universitetinin tələbələri üçün “Mərkəzi bankçılıq” adlı seminar keçirilib.

Seminarda  İdarənin əməkdaşları bankın inkişaf yolu, məqsəd və funksiyaları, onun iqtisadiyyatda  rolu, o cümlədən pul siyasəti, valyuta ehtiyatlarının idarə olunması, məzənnə rejimləri, uçot faiz dərəcəsi, inflyasiya kimi mövzularla bağlı tələbələrə geniş məlumat verib və qeyd olunan mövzular elektron slaydlarla tədris olunub. Seminar iştirakçıları virtual təhsil platformaları, maliyyə məhsul və xidmətlərinin axtarış sistemi barədə də geniş məlumat əldə ediblər.

Seminarda  universitetin “Maliyyə”, “Mühasibat uçotu” və “İqtisadiyyat” ixtisasının tələbə və müəllim kollektivi iştirak edib.  

Sonda “Naxçıvan” Universitetinin nəzdində yaradılan “Bank kabinəsi”nə baxış olub.

Aynur Əliyeva

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM