“Qars müqaviləsi və Naxçıvan” mövzusunda açıq dərs keçirilib - FOTOLAR

“Qars müqaviləsi və Naxçıvan” mövzusunda açıq dərs keçirilib<font color=red> - FOTOLAR</font> “Qars müqaviləsi və Naxçıvan” mövzusunda açıq dərs keçirilib<font color=red> - FOTOLAR</font> “Qars müqaviləsi və Naxçıvan” mövzusunda açıq dərs keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və “Naxçıvan” Universitetinin tələbələrinin iştirakı ilə “Qars müqaviləsi və Naxçıvan” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev əvvəlcə mərkəzin fəaliyyəti barədə iştirakçiları  məlumatlandırıb. Bildirib ki,  mərkəzin  kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilib. Burada müasir kitabxana texnologiyaları və metodları sahəsində bir çox yeniliklər tətbiq olunur.

Nihad Tarverdiyev bildirib ki, ötən əsrin əvvəlində regionda və dünyada baş verən hadisələr muxtar respublikamıza da təsirsiz ötməmişdi. Diyarımız düşmən qüvvələrin hədəfinə çevrilmişdi. Naxçıvanlıların böyük  əzimkarlığı və qətiyyəti,  Türkiyə dövlətinin köməyi və mahir diplomat  Behbud ağa Şahtaxtinskinin siyasi uzaqgörənliyi nəticəsində Moskva və Qars kimi beynəlxalq müqavilələrdə Naxçıvanın taleyi həll olundu, Naxçıvan Azərbaycanın tərkib hissəsi elan edildi.

Qeyd olunub ki, 100 il əvvəl  imzalanan  Qars müqaviləsi  Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit edib.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  2021-ci il fevralın 8-də “Qars müqaviləsinin 100  illiyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.  Sərəncamda bildirildiyi kimi  mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olur. Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir.

Açıq dərsin sonunda  Mərkəzdəki sərgilərə və çap materialları  fonduna baxış olub,  tələbələrin sualları cavablandırılıb.

Xosrov İbrahimov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM