Peşə təhsili üzrə ixtisasların təsnifatında dəyişiklik edilib

Peşə təhsili üzrə ixtisasların təsnifatında dəyişiklik edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən qərarın:

1. “II. “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissəsinin “030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Kompüter operatoru” ixtisasından sonra “Qrafik dizayner”, “Kompüter şəbəkə inzibatçısı”, “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” ixtisasları və həmin ixtisas qrupundan sonra aşağıdakı məzmunda “030220 Kosmetologiya” ixtisas qrupu əlavə edilsin;

2. “III. “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə” hissəsinin “030321 Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Kağızhazırlayan (kartonhazırlayan) maşınların quruducusu” ixtisasından sonra “Mebel ustası” ixtisası əlavə edilsin;

3. “VI. “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqaməti üzrə” hissəsinin “030624 Avtomobillərin təmiri - sürücülük” ixtisas qrupuna “Avtomobil sürücüsü” ixtisasından sonra “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası əlavə edilsin;

4. “VIII. “İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqaməti üzrə” hissəsinin “030812 Yeyinti məhsulları istehsalı avadanlıqları” ixtisas qrupuna “Tomat və tərəvəz konservləri hazırlayan usta” ixtisasından sonra “Üzümçülük və şərab ustası” ixtisası əlavə edilsin;

5. “IX. “İnşaat və arxitektura” peşə istiqaməti üzrə” hissəsinin “030913 İnşaatda sanitar-texniki sistemlərin hissə və qovşaqları” ixtisas qrupuna “Texnoloji boru kəmərlərinin hissə və qovşaqlarının hazırlanması üzrə çilingər” ixtisasından sonra “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı” ixtisası əlavə edilir.

Xəbər lenti
Çox oxunan xəbərlər