Təhsil tələbə krediti təhsil göstəricilərini stimullaşdıracaq

Təhsil tələbə krediti təhsil göstəricilərini stimullaşdıracaq

Təhsil tələbə krediti təhsil göstəricilərini stimullaşdıracaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev Təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, tələbələrə kredit verilərkən onların təhsil göstəriciləri də nəzərə alınacaq. Tələbənin göstəricilərinə uyğun olaraq müəyyən güzəştlər tətbiq olunacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi” təsdiq edilib. Fondun yaradılmasında məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

2021-ci il 24 iyul tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM