Nazir müavini: Təhsil tələbə kreditini yalnız Azərbaycan vətəndaşı olan tələbələr ala biləcək

Nazir müavini: Təhsil tələbə kreditini yalnız Azərbaycan vətəndaşı olan tələbələr ala biləcək

Təhsil tələbə kreditini yalnız Azərbaycan Respublikasının vətəndaşı olan tələbələr ala biləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə deyib.

Nazir müavini qeyd edib ki, mülkiyyət formasından asılı olmayaraq istər dövlət, istərsə də özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri təhsil haqqı xərclərinin ödənilməsi üçün müraciət edə bilərlər. Tələbə təhsil krediti verilən zaman girov və zəmanət tələb olunmur.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM