“Sabahın tədqiqatçıları-2022” layihəsinə start verildi: 50 şagird 5 istiqamət üzrə tədqiqata cəlb ediləcək - FOTOLAR

“Sabahın tədqiqatçıları-2022” layihəsinə start verildi: 50 şagird 5 istiqamət üzrə tədqiqata cəlb ediləcək <font color=red> - FOTOLAR</font> “Sabahın tədqiqatçıları-2022” layihəsinə start verildi: 50 şagird 5 istiqamət üzrə tədqiqata cəlb ediləcək <font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə keçirilir. Bununla bağlı muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri ilə görüş zamanı “Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və layihə çərçivəsində görülən işlərdən danışan təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün bu il də Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbləri pilot məktəblər olaraq müəyyənləşdirilib. Layihədə iştirak edəcək 50 şagird 5 istiqamət - Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqat aparacaqlar ki, bu da şagirdlərin müstəqil axtarışlara cəlb edilməsinə, onlarda tədqiqatçılıq qabiliyyətinin düzgün formalaşmasına və inkişafına töhfə olacaq.

Mövzu ilə bağlı çıxışlar dinlənilib, “Sabahın tədqiqatçıları”nın 2020-2021-ci tədris ilində əldə etdiyi uğurların nəticələri əks olunan  videoçarx nümayiş olunub.

Qeyd edək ki, “Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədi ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Layihə çərçivəsində AMEA Naxçıvan Bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürərək onlarla birgə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan layihələr üzrə tədqiqatlar aparıblar. Bu günədək bu layihədə ümumilikdə 95 şagirdin iştirakı ilə 53 layihə üzrə tədqiqat aparılıb. Layihə iştirakçılarından 1-i Beynəlxalq müsabiqədə qazandığı uğura görə adı “Gənc İstedadların Qızıl Kitabı”na yazılıb və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. Layihənin digər iştirakçılarından 1-i isə “Sabahın alimləri” Respublika müsabiqəsində III yerə, Beynəlxalq müsabiqələrdə  6 layihə I yerə, 4 layihə II yerə, 6 layihə isə III yerə layiq görülüb.

              Ərhan Novruzov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM