Azərbaycan dili fənni üzrə sınaq imtahanına qeydiyyat dekabrın 16-dək aparılacaq

Azərbaycan dili fənni üzrə sınaq imtahanına qeydiyyat dekabrın 16-dək aparılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sınaq imtahanında iştirak etmək istəyənlər dekabrın 16-sı saat 23:59-dək Mərkəzin internet saytında qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz və Şəmkir şəhərlərində təşkil olunacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM