Naxçıvan Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir - FOTOLAR

Naxçıvan Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universitetində 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir. İmtahanlar test, yazılı və şifahi formada təşkil olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu günə 1771 sayda keçirilməsi nəzərdə tutulan imtahanların 1575-i keçirilib və 25596 sayda tələbənin iştirakı proqnozlaşdırılan imtahanlarda  bu günədək 22956 tələbə imtahan verib. Tələbələr elektron qaydada  təşkil edilən imtahanlardan savayı  ənənəvi-yazılı və şifahi qaydada da imtahan veriblər. Hər gün keçirilən yazılı imtahanlar üçün də xüsusi nəzarət sistemi tətbiq olunan otaq müəyyənləşdirilib. Bundan başqa xüsusi qabiliyyət tələb edən ixtisaslarda imtahanların şifahi qaydada keçirilməsi nəzərdə tutulub. Şifahi imtahanlar müvafiq kafedralar tərəfindən razılaşdırılmış qaydada fakültə daxilində keçirilib. Universitetin rektoru Elbrus İsayev keçirilən imtahanların gedişi prosesi ilə tanış olub, tələbələrə uğurlar arzulayıb. İmtahanların gedişi ilə bağlı tələbələrin arzu və təkliflərini öyrənib.

Elektron imtahanlar bu semestr 13 elektron və 26 yazılı olmaqla kamera ilə təchiz edilmiş otaqlarda aparılıb.  Bu ilki imtahan prosesində ali təhsil ocağının magistrantları da imtahanlara nəzarətçi qismində çıxış ediblər.

İmtahanlara ümumi nəzarət etmək üçün isə 9 nəfərdən ibarət imtahan qərargahı yaradılıb. İmtahanların gedişində ciddi texniki problemlərə, xoşagəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apellyasiya komissiyası da yaradılıb.

Qeyd edək ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbələrin öz biliklərini operativ şəkildə ortaya qoyması, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahan zallarında quraşdırılan veb kameraları şəffaflığın ən  bariz nümunəsi hesab oluna bilər. Tələbələr  müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumatı əldə edə bilir. Hər test sualı üçün 1 bal, yazılı imtahan üçün 10 ballıq qiymətləndirilmə tətbiq edilir. Yazılı imtahanlarda isə tələbə hər biletdə 5 sual cavablandırmaqla maksimum 50 balla qiymətləndirilir.  Məlumat üçün onu da bildirək ki, bu il ilk dəfə olaraq açıq tipli imtahan keçirilib. Kazus adlanan bu imtahanlar “Hüquqşünaslıq” ixtisasının tələbələri üçün nəzərdə tutulub. Tələbələrə cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanıb, tələbələrin 3 saat ərzində qanunun məzmununu açmaq və onun izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.

Ali təhsil ocağının artıq bir neçə fakültəsində uğurla həyata keçirilən elektron jurnalın tətbiqi sayəsində tələbənin müvəffəqiyyət və keyfiyyət faizləri avtomatik olaraq sistemə inteqrasiya olunur və bu da imtahan nəticələrinin hesablanmasını sürətləndirir. Tələbələr universitetin elektron səhifəsində yerləşdirilən linkdən itifadə etməklə imtahan nəticələrini öyrənməklə bərabər universitetin saytında e-cədvəl bölməsinə daxil olmaqla dərs, kollokvium, imtahan cədvəlləri, sualları və imtahan nəticələri barədə məlumat toplaya bilirlər. Elektron imtahanlarda hər müəllim minimum 700 sayda test sualı verib. 1000 və daha artıq olan imtahan sualları tələbələr üçün variantlı şəkildə əvvəcədən açıqlanıb. Yazılı suallar isə tədris ilinin əvvəlindən LMS sisteminə yüklənib.

Eyni zamanda səhifədə yaradılan rektora müraciət bölməsinə daxil olan hər bir tələbənin imtahanlarla bağlı sual, təklif və şikayətlərini birbaşa rektora ünvanlaması yaradılan obyektiv şəraitin ideal nümunəsi sayıla bilər.

Qeyd edək ki, imtahanların ən böyük üstünlüyü isə ondan ibarətdir ki, ilk dəfə olaraq payız semestrinin imtahan sessiyasından əvvəl tələbələrin imtahana qədərki balları şəxsi kabinetlərinə yüklənilib, universitetdə tətbiq olunan elektron jurnal və imtahan sisteminin imkanları genişləndirilib, semestrin əvvəlində imtahanların aparılması  ilə bağlı tələbələrə əvvəlcədən məlumatlar verilib və cari qiymətləndirmələr  buna uyğun aparılıb. Həmçinin tələbə aldığı qiyməti operativ şəkildə məhz imtahan verdiyi gün şəxsi kabinetinə daxil olmaqla öyrənir. İmtahanlar bitdikdən sonra tələbənin yekun imtahan balı e–cədvəl mobil tətbiqi vasitəsilə şəxsi kabinetinə ötürülür.  Xatırladaq ki, bu il ali təhsil ocağının  İnformasiya-kommunikasiya Texnologiyaları və Elektron Təhsil şöbəsi tərəfindən hazırlanan “E-cədvəl” mobil tətbiqi Elm, Təhsil və İnnovasiyalar tətbiqlər və utilitlər  nominasiyası üzrə “NETTY 2021” Azərbaycanın milli internet mükafatına layiq görülüb.

 

Səadət Əliyeva

NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM