satellite   Azerspace-1: 11135 H 30000

Bu gün keçirilmiş buraxılış imtahanının nəticələri aprelin 8-dək elan olunacaq

Bu gün keçirilmiş buraxılış imtahanının nəticələri aprelin 8-dək elan olunacaq

Martın 13-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 8-dək elan olunması nəzərdə tutulur.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Xatırladaq ki, martın 12-də Bakı şəhərinin Nəsimi, Sabunçu, Səbail rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Ağsu, Astara, Bərdə, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, İsmayıllı, Masallı, Sabirabad, Tərtər, Tovuz və Xaçmaz rayonlarında, Şəki və Naftalan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM