“Naxçıvan” Universitetində Alman Dili Tədrisi Mərkəzi fəaliyyətə başlayıb - FOTOLAR

“Naxçıvan” Universitetində Alman Dili Tədrisi Mərkəzi fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font> “Naxçıvan” Universitetində Alman Dili Tədrisi Mərkəzi fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font> “Naxçıvan” Universitetində Alman Dili Tədrisi Mərkəzi fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font> “Naxçıvan” Universitetində Alman Dili Tədrisi Mərkəzi fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində Alman Dili Tədrisi Mərkəzinin açılışı olub.

Açılış mərasimində Almaniyadan dəvət olunmuş professor Ziglinde Hartmann, naşir Hans-Jürgen Maurer, Bakı Slavyan Universitetinin professorları Sevinc Rzayeva, Əfqan Abdullayev, baş müəllimi Leyla Bəylərova və universitetin professor-müəllim heyəti iştirak edib.

“Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva qonaqları salamlayaraq, onları universitetdə görməyindən məmnunluğunu ifadə edib.  Təmsil etdiyi ali təhsil ocağı barədə məlumat verən rektor bildirib ki, dünyanın 50-dən artıq universiteti ilə əməkdaşlıq edən “Naxçıvan” Universiteti İspaniyanın Valyadolid, Türkiyənin İstanbul, Almaniyanın Lüdvik Maksimilian Universitetləri və Polşanın Lodz Humanitar Elmlər Akademiyası ilə əməkdaşlıq müqavilələri imzalayıb.

Universitetdə alman dilinin tədrisi üçün geniş imkanların olduğunu vurğulayan Nurlana Əliyeva bildirib ki, alman dili xarici dillər sırasında Azərbaycanın istər dövlət, istərsə də özəl universitetlərində tədris olunur. 6-10 dekabr 2021-ci il tarixlərində universitetdə təşkil olunan “Beynəlxalq həftə” layihəsi ilə bağlı məlumat verən rektor bildirib ki, həmin layihənin bir günü də “Almaniya günü”nə həsr olunub. Rektor Alman Dili Tədrisi Mərkəzinin hədiyyə etdiyi kitablar əsasında “Naxçıvan” Universitetinin Elmi Kitabxanasında “Almaniya kitab guşəsi”nin də təşkil olunduğunu diqqətə çatdırıb.

Alman dilinin yalnız orta məktəblərdə yox, universitetlərdə də keçirilməsinin vacibliyini vurğulayan Nurlana Əliyeva Alman Dili Tədrisi Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıb, mərkəzin həm tələbələr, ixtisaslı müəllimlər üçün perspektivini diqqətə çatdırıb.

Mərasimdə iştirak edən qonaqlar "Naxçıvan" Universitetinin xatirə kitabına ürək sözlərini yazıblar.

Sonra yeni açılan mərkəzdə ilk təlim təşkil olunub. Təlimləri almaniyalı professor Ziglinde Hartmann, naşir Hans-Jürgen Maurer və Bakı Slavyan Universitetinin professoru Əfqan Abdullayev aparıblar.

Aynur Əliyeva

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM