Məktəblilər “TEKNOFEST Azərbaycan”da Naxçıvanı layiqincə təmsil edir - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı şəhərində naxçıvanlı məktəblilərin və tələbələrin də maraqlı layihələrlə çıxış etdiyi “TEKNOFEST Azərbaycan” festivalı keçirilir. Ötən gün festivalın açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının  Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və digər rəsmi şəxslər çıxış edərək festivalın əhəmiyyətindən danışıblar.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət “Analitik”, “Young İnventers” komandaları və “Kəşf robot” layihəsi müsabiqədən yüksək xal toplayaraq “TEKNOFEST Azərbaycan” festivalında iştirak hüququ qazanıblar. Mayın 25-də Naxçıvanlı məktəblilər “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək üçün Bakı şəhərinə yola düşüblər. “TEKNOFEST Azərbaycan” festivalında ümumi olaraq muxtar respublikanın  ümumtəhsil məktəblərindən 3 layihə rəhbəri və 7 şagird “Kəşf robotu”, “Yol təhlükəsizlik” və “Heyvandarlıq təsərrüfatında avtomatik yemləmə sistemi” layihələri ilə iştirak edir.

 

Novruz Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM