Dövlət İmtahan Mərkəzinin “İnformatika” vəsaiti nəşr olunub

Dövlət İmtahan Mərkəzinin “İnformatika” vəsaiti nəşr olunub

İmtahanlara hazırlaşanlara elmi-metodik kömək göstərilməsi Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinin mühüm istiqamətlərindəndir. Abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş DİM-in yeni “İnformatika” vəsaiti də bu istiqamət üzrə görülən işlərin davamıdır.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyi bildirilib ki, vəsaitdə qəbul proqramına daxil edilmiş bütün mövzular əhatə olunub. Burada nəzəri materialla yanaşı, hər mövzunun sonunda müstəqil qiymətləndirmə tapşırıqları və bölmənin sonunda isə ümumi yekunlaşdırıcı tapşırıqlar verilib.

Vəsaitdə situasiya tipli tapşırıqlar təklif olunur ki, bunlar da biliklərin qaza¬nılmasında, bacarıq və vərdişlərin forma¬laş¬ma¬sında böyük rol oyna¬yır. Qeyd etmək lazımdır ki, situasiya tipli tapşırıqlar fənn kurikulumunun təlim nəticələrinin yoxlanılmasına və qiy¬mət¬ləndirilməsinə daha yaxşı imkan verir. Belə ki, bu tipli tapşırıqlarla situasiya daxilində verilənləri görə bilmək baca¬rı¬ğı, qoyulmuş sualların cavablan¬dır¬ılması üçün tətbiqetmə vərdişləri, müxtəlif vəziy¬yət¬lərdə qərarvermə, habelə alınmış nəticə¬ləri təqdim¬¬¬¬¬etmə bacarıqları yoxlanılır. Situasiya tipli tap¬şırıq¬ların üstün cəhətlərindən biri də müxtəlif məzmun xətlərinə aid alt standartların birgə yoxlanıla bilməsidir.

Vəsait informasiya və informasiya prosesləri, say sistemləri, informasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi, modelləşdirmə, kompüterin aparat təminatı, proqram təminatı, əməliyyat sistemi, mətnlərin emalı, elektron cədvəllər, verilənlər bazası, alqoritm, proqramlaşdırma, kompüter şəbəkələri, internet, veb-proqramlaşdırma, informasiya təhlükəsizliyi bölmələrindən ibarətdir.

Nəşri iyunun 28-dən etibarən “Abituriyent” satış köşkündən (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28, 8 Noyabr metrostansiyasının yanı), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər