satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan məktəblərində ilk dərs saatları Anım Gününə həsr olunub - FOTOLAR

Naxçıvan məktəblərində ilk dərs saatları Anım Gününə həsr olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəblərində ilk dərs saatları Anım Gününə həsr olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəblərində ilk dərs saatları Anım Gününə həsr olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəblərində ilk dərs saatları Anım Gününə həsr olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəblərində ilk dərs saatları Anım Gününə həsr olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəblərində ilk dərs saatları Anım Gününə həsr olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəblərində ilk dərs saatları Anım Gününə həsr olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəblərində ilk dərs saatları Anım Gününə həsr olunub<font color=red> - FOTOLAR</font>

Bu gün Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində ilk dərs saatları 27 Sentyabr - Anım Gününə həsr olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, bu gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində ilk dərs saatları 27 Sentyabr-Anım Gününə həsr olunub. Dərslərdə şagirdlərin diqqətinə çatdırılıb ki, 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Anım Günü kimi qeyd edilir. Bu təqvimin Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var. Məhz 2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması üçün mübarizəyə qalxmış və 44 gün ərzində öz müqəddəs məqsədinə çataraq Vətənimizin ərazi bütövlüyünü təmin etmişdir.
Dərslərdə rəşadətli ordumuzun zəfər yürüşündə Naxçıvan döyüşçülərinin qəhrəmanlığından bəhs olunaraq qeyd olunmuşdur ki, müharibənin əsas canlı qüvvələrindən biri də məhz Oğuz eli, qədim diyar Naxçıvandan olan hərbçi-zabitlər idi.

Qeyd edək ki, bu gün həmçinin muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında "27 Sentyabr - Anım Günü” ilə bağlı interaktiv dərs də keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM