satellite   Azerspace-1: 11135 H 30000

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib.

DİM-dən Naxçıvan televiziyası-a bildirilib ki, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Nəşrin elektron versiyasını (PDF formatında) sentyabrın 29-u saat 10:00-dan etibarən DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

Qeyd edək ki, ixtisas seçimi sentyabrın 29-dan oktyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM