satellite   Azerspace-1: 11135 H 30000

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində işləyən gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirmə prosesi təşkil olunacaq.

Elm və Təhsil Nazirliyindən Naxçıvan televiziyası-a bildirilib ki, proses ölkə üzrə 13 imtahan mərkəzində həyata keçiriləcək.

Test imtahanlarında hər müəllimə tədris etdiyi fənnə dair 50 sual, tədris metodikası və təlim strategiyalarına dair isə 10 sual təqdim olunur. Test tapşırıqlarının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM