satellite   Azerspace-1: 11135 H 30000

Laçında "Sağlam həyat" günləri layihəsinə yekun vurulub

Laçında "Sağlam həyat" günləri layihəsinə yekun vurulub

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən "Sağlam həyat" günlərinə yekun vurulub.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Laçın bulvarında iki gün davam edən tədbirə 100-dən çox iştirakçı qoşulub.

Müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

"Sağlam həyat" günləri layihəsi ilk dəfədir ki, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM