satellite   Azerspace-1: 11135 H 30000

"Real"ın futbolçusu "Mançester Siti"yə keçə bilər

"Real"ın futbolçusu "Mançester Siti"yə keçə bilər

İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu Rodriqo İngiltərə təmsilçisi "Mançester Siti"yə keçə bilər.

Naxçıvan televiziyası "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, PSJ-dən ayrılacağı dəqiqləşən Kilian Mbappenin "Kral klubu"na transferi baş tutarsa, Rodriqonun əsas heyətdə yer almaq şansı azalacaq.

Bu səbəbdən 23 yaşlı hücumçu daha çox meydana çıxa biləcəyi klubda forma geyinməyi düşünür. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola da braziliyalı oyunçunun keçidinə müsbət yanaşır.

Qeyd edək ki, Rodriqo cari mövsüm "Real"ın heyətində ümumilikdə 50 oyuna çıxıb və 17 qol vurub. "Transfermarkt" portalı futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM