satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın voleybol yığmaları Estoniya seçmələri ilə qarşılaşacaq

Azərbaycanın voleybol yığmaları Estoniya seçmələri ilə qarşılaşacaq

Bu gün qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları Qızıl Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar.

Naxçıvan televiziyası xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi qadın yığması Bakıda Estoniya seçməsini qəbul edəcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq görüş saat 18:00-da başlayacaq.

Yığma daha əvvəl keçirdiyi oyunlarda Xorvatiyaya (3:1) qalib gəlib, Slovakiya, Rumıniya və İsveçə məğlub olub – 0:3.

Kişilərdən ibarət komanda isə səfərdə Estoniya ilə üzə-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Fərid Cəlalovun rəhbərlik etdiyi milli komanda bundan əvvəl Rumıniya, Ukrayna, Belçika və Şimali Makedoniyaya eyni hesabla (0:3) uduzub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM