satellite   Azerspace-1: 11135 H 30000

Futbolun İnkişaf Fondu tərəfindən ianə olunan toplar Laçında uşaqlara verilib

Futbolun İnkişaf Fondu tərəfindən ianə olunan toplar Laçında uşaqlara verilib

Futbolun İnkişaf Fondu (FİF) tərəfindən ianə olunan toplar Laçın şəhərində uşaqlara təqdim edilib.

Naxçıvan televiziyası qurumun "feysbuk" səhifəsinə istinadən xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlər Komitəsi və Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Laçın şəhər 2 saylı tam orta məktəb və Laçın rayonu, Zabux kənd tam orta məktəbinin şagirdləri arasında minifutbol üzrə yoldaşlıq oyunu keçirilib.

Laçın İdman Kompleksində baş tutan oyunda FİF tərəfindən uşaqlara toplar təqdim olunub.

Qeyd edək ki, Futbolun İnkişaf Fondu 2023-cü ildə UEFA Uşaq Fondundan verilən mükafat çərçivəsində uşaq futbolunun inkişafı məqsədilə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasına 500 futbol topu ianə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM