Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlmata görə, aprelin 24-də Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Böyük bağ” istirahət parkında “İdmanla bir gün” adlı kütləvi idman tədbiri keçirilib.
Sağlam həyat tərzinin təbliği, idmana marağın və bu sahədə kütləviliyin artırılması məqsədinə xidmət edən layihədə müxtəlif idman fəaliyyətləri icra olunub. Ərazidə iştirakçılar üçün stolüstü tennis, şahmat, badminton, qol güləşi, darts, atletika idman növlərində, eyni zamanda müxtəlif əyləncəli idman oyunlarında yarışmalar təşkil olunub.
Yarışlarda uğur qazanan iştirakçılar gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov tərəfindən fəxri fərmanla təltif olunublar.
