satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu icarəyə götürüb

“Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu icarəyə götürüb

“Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

Ağdam təmsilçisindən NTV-yə verilən məlumata görə, Kiprin APOEL klubu ilə danışıqlar uğurla yekunlaşıb və braziliyalı yarımmüdafiəçi Dieqo Rosa icarə əsasında komandaya keçib.

Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın 23 yaşlı yarımmüdafiəçini transfer etmək hüququ var.

2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan Rosa “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya) klublarında çıxış edib. O, 2025-ci ildə APOEL-ə keçib.

Rosa Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM