Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində geriləyib

Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində geriləyib

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. Millimiz 1180 xalla 110-cu pillədə qərarlaşıb.

Reytinqin ilk üç pilləsində Belçika (1783,38), Fransa (1757,30) və Braziliya (1742,65) yığmaları yer alıblar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM