Futzal üzrə Azərbaycan millisi bu gün Slovakiya yığmasının qonağı olacaq

Futzal üzrə Azərbaycan millisi bu gün Slovakiya yığmasının qonağı olacaq

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, millimiz Slovakiyanın Levice şəhərindəki eyniadlı idman zalında Slovakiya yığması ilə qarşılaşacaq.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Finlandiyadan olan hakimlər idarə edəcəklər. Matçın baş hakimi Kirill Naishouler olacaq. Ona həmyerlisi Arttu Kyynaeraeinen və slovakiyalı Martin Matula kömək edəcəklər. Qarşılaşmanın saniyəölçəni Slovakiya Futzal Federasiyasının əməkdaşı Miroslav Jezik olacaq. Görüşün hakim-inspektoru belçikalı Perri Gautierdir.

Yığmamızın heyətində Tyaqo Bolinya və Hadi Ahmadi zədə səbəbindən oynaya bilməyəcəklər. Yüngül zədəsi olan Amir Şocayi isə baş məşqçi şans verəcəyi təqdirdə, meydana çıxacaq.

Qeyd edək ki, 4 turdan sonra 12 xalı olan Azərbaycan millisi tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Slovakiya seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM