Dünya birinciliyi: Bu gün iki boksçumuz rinqə çıxacaq

Dünya birinciliyi: Bu gün iki boksçumuz rinqə çıxacaq

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxacaq. Belə ki, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Əzrək Bəbirov səkkizdəbir finalda ilk mərhələdən azad olan tailandlı Panuvat Çunjan-Atla üz-üzə gələcək. Komandamızın digər üzvü Nicat Hüseynov (49 kq) isə səkkizdəbir finalda Salvator Di Noto (İtaliya) - Allan Morozov (Estoniya) cütünün qalibi ilə görüşəcək. Yarışlar Bakı vaxtilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bundan əvvəl millimizin üzvlərindən Əli Zamanov (52 kq) dörddəbir, Cəlal Qurbanov (60 kq) səkkizdəbir finala yüksəliblər.

Dünya birinciliyində ümumilikdə, 9 boksçumuz mübarizə aparır. Turnir aprelin 23-də başa çatacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM