“Çelsi” klubu “Mançester Siti”ni məğlub edərək finala çıxıb

“Çelsi” klubu “Mançester Siti”ni məğlub edərək finala çıxıb

Aprelin 17-də futbol üzrə İngiltərə kubokunun birinci yarımfinal oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, London təmsilçisi “Çelsi” “Mançester Siti” klubu ilə qarşılaşıb. “Uembli” stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb. Matçda yeganə qolu Hakim Zieş vurub.

Həlledici matçda Tomas Tuxelin rəhbərlik etdiyi klub “Lester” – “Sautqempton” qarşılaşmasının qalibi ilə oynayacaq.

“Çelsi” İngiltərə çempionatının yarış cədvəlində 54 xalla beşinci yerdə qərarlaşıb. Klub İngiltərə Premyer Liqasının növbəti turunda “Brayton”la üz-üzə gələcək. Görüş aprelin 20-də olacaq.

“Mançester Siti” 74 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində birinci yerdədir. Xosep Qvardiolanın yetirmələri növbəti matçda “Aston Villa” ilə qarşılaşacaqlar. Oyun aprelin 21-də keçiriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM