“Milan” öz meydanında “Genoa” üzərində qələbə qazanıb

“Milan” öz meydanında “Genoa” üzərində qələbə qazanıb

Aprelin 18-də futbol üzrə İtaliya A Seriyasının 31-ci turuna start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun açılış görüşü “San Siro” stadionunda “Milan” və “Genoa” komandaları arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Milan" klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı Ante Rebiç 13-cü dəqiqədə baxımlı qolla açıb. Fasiləyə 8 dəqiqə qalmış qonaqlar hesabı bərabərləşdirə biliblər. Künc ötürməsindən sonra təcrübəli hücumçu Mateo Destro qapıya dəqiq baş zərbəsi endirib.

Fasilədən sonra hücumlarını artıran milanlılar 68-ci dəqiqədə yenidən hesabda önə çıxıblar. Mario Madzukiçin baş zərbəsindən sonra top "Genoa"nın futbolçusu Canluka Skamakaya dəyərək qapıdan keçib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 66-a çatdıraraq turnir cədvəlində ikinci pillədə yerini möhkəmləndirib. "Genoa" isə 32 xalla 14-cü yerdə qərarlaşıb.

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM