Dünya birinciliyi: Daha bir boksçumuz dörddəbir finala vəsiqə qazanıb

Dünya birinciliyi: Daha bir boksçumuz dörddəbir finala vəsiqə qazanıb

Polşanın Keltse şəhərində təşkil olunan gənc boksçular arasında dünya birinciliyində altıncı günün yarışlarına yekun vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan millisinin daha bir üzvü dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Belə ki, ilk döyüşündə Domeniko Vingiquerranı (İtaliya) məğlub edən boksçumuz Murad Allahverdiyev (81 kq) ikinci qarşılaşmada Türkiyə təmsilçisi Kaan Aykutsundan da üstün olub. Təmsilçimiz rəqibi üzərində 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbə qazanıb. O, aprelin 19-da baş tutacaq dörddəbir finalda ukraynalı Denis Salabayla qarşılaşacaq.

Komandamızın digər üzvü Cəlal Qurbanov (60 kq) səkkizdəbir finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, yığmamızın heyətində bundan əvvəl Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq) və Nicat Hüseynov (49 kq) dörddəbir finalda iştirak hüququ qazanıb. Yarışda Azərbaycanı 9 boksçu təmsil edir. Dünya birinciliyi aprelin 23-də başa çatacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM