Türkiyə Superliqası: “Fənərbağça” İstanbul derbisindən qalib ayrılıb

Türkiyə Superliqası: “Fənərbağça” İstanbul derbisindən qalib ayrılıb

Aprelin 18-də futbol üzrə Türkiyə çempionatının XXXV turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” səfərdə “Başakşəhər”in qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəliblər. "Fənərbağça"nın qollarını Atilla Szalai və Dimitrios Pelkas vurub. Meydan sahiblərinin heyətində isə Ömər Ali Şahinər fərqlənib.

Günün digər qarşılaşmasında "Qaziantep" - "Kasımpaşa" matçında isə qalib müəyyənləşməyib - 2:2.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 71 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 69 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 65 xala malik olan “Qalatasaray" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM