Azərbaycan triatlonçusu Rostislav Pevtsov Avropa kuboku yarışlarında altıncı olub

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Avropa kuboku yarışlarında altıncı olub

Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Melilla şəhərində keçirilən Avropa kuboku yarışlarında altıncı olub.

Azərbaycan Triatlon Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, idmançımız 68 triatlonçunun mübarizə apardığı yarışı 49 dəqiqə 42 saniyəlik nəticə ilə başa vurub.

R.Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 35 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 24 dəqiqə 47 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 13 dəqiqə 51 saniyə nəticə ilə tamamlayıb.

Hazırda Azərbaycan təmsilçisi “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparır. Bu baxımdan Avropa kuboku müəyyən mənada Olimpiya Oyunlarına hazırlıq olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM