Taekvondoçularımız lisenziya xarakterli Avropa təsnifat turnirində çıxış edəcəklər

Taekvondoçularımız lisenziya xarakterli Avropa təsnifat turnirində çıxış edəcəklər

Taekvondo üzrə Azərbaycan milli komandası Bolqarıstanda keçiriləcək Tokio Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turnirində iştirak edəcəklər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yığmamız paytaxt Sofiyada təşkil ediləcək yarışda üç idmançı ilə təmsil olunacaq. Kişilərin yarışında 80 kiloqramdan yuxarı çəki dərəcəsində Radik İsayev, qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) lisenziya uğrunda mübarizə aparacaqlar.

Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərlik etdiyi millinin iştirak edəcəyi yarışlar mayın 7-8-də keçiriləcək.

Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM