“Nizami dünyası" teatr müsabiqəsi davam edir - FOTOLAR

“Nizami dünyası" teatr müsabiqəsi davam edir<font color=red> - FOTOLAR</font> “Nizami dünyası" teatr müsabiqəsi davam edir<font color=red> - FOTOLAR</font> “Nizami dünyası" teatr müsabiqəsi davam edir<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Nizami dünyası" teatr müsabiqəsi çərçivəsində Naxçıvan Musiqi Kollecinin tələbələri tərəfindən "Xəmsə - sevgi və ədalət dünyası" adlı kompozisiya səhnələşdirilib.

Dahi şairin dünyaca məşhur “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarından parçalar kompozisiyanın əsasını təşkil edib. Həmin əsərlərdən ayrı-ayrı səhnələr birləşdirərək vahid inkişaf xəttinə malik süjet yaradılıb. Kompozisiyada insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət kimi ideyalar ön planda olub.

Ölkəmizdə elan olunan "Nizami Gəncəvi ili" çərçivəsində keçirilən teatr müsabiqəsi gənclərə Nizami Gəncəvi irsinin öyrədilməsi ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri və  istedadlarının üzə çıxarılması məqsədilə təşkil edilib. Müsabiqə bu  ayın sonunda başa  çatacaq. Qaliblər münsiflər heyətinin yekun qiymətləndirməsinə əsasən müəyyən olunacaq. İlk üçlükdə qərarlaşan komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar. 

Mədinə Rəhimli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM