AFFA rəsmiləri Naxçıvanda səfərdə olublar

AFFA rəsmiləri Naxçıvanda səfərdə olublar

Naxçıvan Futbol Federasiyasının dəvəti ilə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, texniki direktor Cahangir Həsənzadə və Kütləvi Futbol Departamentinin müdiri Fərrux İsmayılov Naxçıvanda səfərdə olublar.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, səfər çərçivəsində AFFA-nın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Naxçıvan Futbol Federasiyasının prezidenti Azad Cabbarovla görüşüb, müxtəlif futbol tədbirlərinin təşkili, kütləviliyin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonra AFFA rəsmiləri bir müddət əvvəl istifadəyə verilmiş Uzunoba Təlim-Məşq İdman Kompleksinə gedərək burada yaradılmış şəraitlə yaxından tanış olublar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM