Milli Karate Federasiyasının hakimləri naxçıvanlı idmançılara seminar keçib - FOTOLAR

Milli Karate Federasiyasının hakimləri naxçıvanlı idmançılara seminar keçib<font color=red> - FOTOLAR</font> Milli Karate Federasiyasının hakimləri naxçıvanlı idmançılara seminar keçib<font color=red> - FOTOLAR</font> Milli Karate Federasiyasının hakimləri naxçıvanlı idmançılara seminar keçib<font color=red> - FOTOLAR</font> Milli Karate Federasiyasının hakimləri naxçıvanlı idmançılara seminar keçib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının beynəlxalq hakimləri tərəfindən məşqçi müəllimlərə və idmançılara seminar keçirilib.                                 

Keçirilən seminara Azərbaycan Respublikası Milli Karate Federasiyasının baş hakimi, hakimlər kollegiyasının sədri Cahangir Babayev, beynəlxalq dərəcəli hakim Vüqar Kərimov və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev rəhbərlik edib. 2 gün davam edən seminarın birinci günündə məşqçi müəllimlərə və idmançılara yarış qaydalarında yeniliklər və görüşlərdə yarana biləcək mürəkkəb anlarda düzgün qərar vermək, eləcə də bir sıra vacib məqamlar barədə geniş məlumat verilib.

Naxçıvan Universitetinin idman zalında davam etdirilən seminarda iştirak edən məşqçilər imtahan veriblər. İmtahanı Azərbaycan Respublikası Milli Karate Federasiyasının baş hakimi, hakimlər kollegiyasının sədri Cahangir Babayev, beynəlxalq dərəcəli hakim Vüqar Kərimov götürüb.                                               

Sonda kəmər imtahanını uğurla başa vuran məşqçilərə sertifikat təqdim olunub.

Qeyd edək ki, beynəlxalq hakim Cahangir Babayev Tokio Olimpiadasında karate yarışlarını idarə edəcək 15 hakimdən ibarət siyahıya daxil edilib.

Azər  Zeynalov

 

Xəbər lenti
İgid ölər, adı qalar…

15:02 16.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM