"Mançester Siti"dən Harri Keyn üçün 100 milyonluq təklif

"Mançester Siti"dən Harri Keyn üçün 100 milyonluq təklif

İngiltərənin "Mançester Siti" klubu Harri Heynin transferi ilə bağlı futbolçunun çıxış etdiyi "Tottenhem"ə rəsmi təklif göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tvitter səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, "şəhərlilər" 28 yaşlı hücumçu üçün London klubuna 100 milyon funt sterlinq təklif edib. Hətta Mançester təmsilçisi qarşı tərəfi razı salmaq üçün sözügedən məbləğlə yanaşı, oyunçularından birini verməyə də hazırdır.

Keynin özü də yay transfer dövründə "Tottenhem"i tərk etmək istəyir. Lakin klubun prezidenti Deniel Levi ulduz futbolçunu heyətdə saxlamaq niyyətindədir. Təcrübəli forvardın taleyinə Avropa çempionatından sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Harri Keyn doğma komandasında ilk dəfə 2011-ci ildə debüt edib. Cari mövsüm İngiltərə Premyer Liqasında 35 oyunda meydana çıxan hücumçu 23 qol vurub, 14 məhsuldar ötürmə edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM