Cüdo komandamız Tokioda məşqə çıxıb

Cüdo komandamız Tokioda məşqə çıxıb

Cüdo üzrə yığma komandamız Yaponiya paytaxtında məşqə çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komandamızın məşqi cüdonun mənbəyi hesab edilən Kodakanda baş tutub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da millimizin məşqini izləyib.

Qeyd edək ki, cüdo yarışlarının püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 9:00-da keçiriləcək. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.

Cüdoçularımızdan tatamiyə əvvəlcə Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq.

Azərbaycan cüdo tarixində ilk dəfə olaraq ölkəmiz Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər