Tokio-2020: Rafael Ağayevin rəqibləri bəlli olub

Tokio-2020: Rafael Ağayevin rəqibləri bəlli olub

Azərbaycan karateçisi Rafael Ağayevin Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibləri bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) ilə qarşılaşacaq.

İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Qeyd edək ki, Rafael Ağayev avqustun 7-də mübarizə aparacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM