satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" - "Bazel" oyununun hakimləri bəlli olub

"Qarabağ" - "Bazel" oyununun hakimləri bəlli olub

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda "Qarabağ" və İsveçrə "Bazel"i arasında keçiriləcək oyunun təyinatları bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, qarşılaşma Belçikadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Erik Lambrextsə, Rin Fanizere və Yo de Veyrdt yan xətt hakimi qismində köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM