Şahmat üzrə Avropa kuboku yarışlarında iştirak edəcək komandaların yekun siyahısı məlum olub

Şahmat üzrə Avropa kuboku yarışlarında iştirak edəcək komandaların yekun siyahısı məlum olub

Sentyabrın 18-dən 24-dək Makedoniyanın Struqa şəhərində keçiriləcək klublar arasında Avropa kuboku yarışlarında iştirak edəcək komandaların yekun siyahısı məlum olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kişilərin yarışında 38, qadınların turnirində isə 8 komandanın iştirak edəcəyi dəqiqləşib. Dünya çempionu Maqnus Karlsen başda olmaqla, bir çox şahmat ulduzunun iştirak edəcəyi qitə kubokunda Azərbaycanı “Vüqar Həşimov” klubu təmsil edəcək. Komandamızın heyətində Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıblar. Komandanın kapitanı isə Əməkdar məşqçi Anar Allahverdiyev olacaq.

Azərbaycanın ən güclü qrosmeysteri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın "Alkaloid" komandasının heyətində çıxış edəcək. Yığmamızın başqa bir üzvü Nicat Abasov isə İspaniyanın "C.A Silla" komandasında yer alıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM