UEFA Çempionlar Liqası: “Mançester Yunayted” ilk oyunda məğlub olub - FOTOLAR

UEFA Çempionlar Liqası: “Mançester Yunayted” ilk oyunda məğlub olub<font color=red> - FOTOLAR</font> UEFA Çempionlar Liqası: “Mançester Yunayted” ilk oyunda məğlub olub<font color=red> - FOTOLAR</font>

Sentyabrın 14-də futbol üzrə 2021-2022-ci il mövsümünün qrup mərhələsinin ilk iki oyununa start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İspaniyada "Sevilya" Avstriyanın "Zaltsburq" klubu ilə heç-heçə edib - 1:1.

İsveçrənin "Yanq Boyz" və İngiltərənin "Mançester Yunayted" komandası arasındakı görüşdə isə sensasiya qeydə alınıb. Meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.

Hesabı 13-cü dəqiqədə Kriştiano Ronaldo açıb. Matçın 35-ci dəqiqəsində Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub. "Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. Oyunun 90+5-ci dəqiqəsində Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM