Zaqreb Qran-Prisində iki cüdoçumuz mübarizə aparacaq

Zaqreb Qran-Prisində iki cüdoçumuz mübarizə aparacaq

Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan nüfuzlu turnirdə 2 cüdoçu ilə təmsil olunacaq. Belə ki, Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dan çox idmançı qüvvəsini sınayacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM