Millətlər Liqası: Final mərhələsinin ən yaxşı qolu bəlli olub

Millətlər Liqası: Final mərhələsinin ən yaxşı qolu bəlli olub

UEFA Millətlər Liqasının final mərhələsinin ən yaxşı qolu açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Fransa yığmasının futbolçusu Kərim Benzamanın finalda İspaniya seçməsinə vurduğu top ən yaxşı seçilib.

34 yaşlı hücumçu 66-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, rəqibini 2:1 hesabı ilə üstələyən Fransa yığması Millətlər Liqasının qalibi olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM