Bakıda keçiriləcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edəcək

Bakıda keçiriləcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edəcək

İlin sonuna doğru Azərbaycan Gimnastika Federasiyası daha bir irimiqyaslı beynəlxalq yarışa ev sahibliyi etməyə hazırlaşır. Ölkəmizdə ilk dəfə - noyabrın 18-21-də batut gimnastikası üzrə dünya çempionatı təşkil olunacaq.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ölkəmizdə bu növ üzrə daha əvvəl Avropa çempionatı və çoxsaylı dünya kubokları keçirilsə də, paytaxtımız havada pərvazlanan dünya ulduzlarını ilk dəfə belə bir irimiqyaslı yarışda Milli Gimnastika Arenasına toplayacaq.

İlkin qeydiyyat siyahısına əsasən, yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək. Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

08:30 28.10.2021

Çox oxunan xəbərlər