“Qarabağ” – “Kayrat” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Kayrat” oyununun hakimləri açıqlanıb

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Kayrat” (Qazaxıstan) oyununun hakimləri açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Yevgeni Aranovski olacaq. Ona Semyon Şlonçak və Andrey Skripka kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.

Matç oktyabrın 21-da saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM