Yurgen Klopp "Barselona"da baş məşqçi postuna əsas namizəddir

Yurgen Klopp "Barselona"da baş məşqçi postuna əsas namizəddir

İspaniyanın "Barselona" klubu növbəti mövsüm üçün baş məşqçisini dəyişdirməyi planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi "Sport.es" nəşrinə istinadən xəbər verir ki, hazırda İngiltərə "Liverpul"unun sükanı arxasında olan Yurgen Klopp Kataloniya təmsilçisində bu posta əsas namizəddir.

Klub rəhbərliyi indiki mövsümün keçid xarakteri daşıdığını düşünür. Hazırkı baş məşqçi Ronald Kumanın isə 2022-ci ildə başa çatacaq müqaviləsi yenilənməyəcək.

İspaniya nəhəngi növbəti il baş məşqçi və hücumçu problemini həll etmək niyyətindədir. Komandanın sabiq futbolçusu Xavi də namizədlərdən biridir, lakin əsas prioritet Kloppdur.

"Barselona" almaniyalı mütəxəssisə təklif göndərmək üçün mövsümün sonlarını gözləyəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər