"Qızıl top" mükafatının qalibi vaxtından əvvəl üzə çıxıb

"Qızıl top" mükafatının qalibi vaxtından əvvəl üzə çıxıb

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi üçün səsvermənin nəticələrini əks etdirən foto yayılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotoya əsasən, Polşa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski qalib olacaq. 33 yaşlı hücumçunun 627 səsi var.

İkinci sırada Fransa PSJ-sində çıxış edən Lionel Messi, üçüncü yerdə isə "Real Madrid"dən Kərim Benzema qərarlaşıb.

Səsvermə oktyabrın 24-də başa çatıb. Lakin qalibin adı noyabrın 29-da Parisdə açıqlanacaq.

Qeyd edək ki, "France Football" nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib. "Qızıl top"u sonuncu dəfə 2019-cu ildə hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messi qazanıb.

Xəbər lenti
Çox oxunan xəbərlər