Dünya çempionatı: Alfonso Dominges 1/8 finala vəsiqə qazanıb

Dünya çempionatı: Alfonso Dominges 1/8 finala vəsiqə qazanıb

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 86 kq-da çıxış edən Alfonso Dominges 1/16 finalda AIBA bayrağı altında yarışan Tavfiqulla Suleymani ilə qarşılaşıb.

İlk raundda rəqibini 2 dəfə noqdauna salan Kuba əsilli idmançı yekunda 5:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.

Qeyd edək ki, bunadək Azərbaycan boksçularından Məsud Yusifzadə (51 kq) və Malik Həsənov (63,5 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Ümid Rüstəmov (57 kq) və Rauf Rəhimov (92 kq) isə uduzaraq yarışla vidalaşıblar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM