Şahmatçımız Banqladeşdə keçirilən xatirə turnirində yeddinci yeri tutub

Şahmatçımız Banqladeşdə keçirilən xatirə turnirində yeddinci yeri tutub

Banqladeşin paytaxtı Dəkkədəki xatirə turniri başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə şahmatçılarımızdan ən yaxşı nəticəni Vüqar Rəsulov göstərib. Son tura qədər turnir cədvəlində liderlik edən təmsilçimiz sonuncu qarşılaşmasında rəqibi polşalı Mixail Krasenkova uduzaraq mükafatçılar sırasından kənarda qalıb. Doqquz turdan 6,5 xal toplayaraq 2-7-ci yerləri bölüşən şahmatçımız əlavə nəticələrə görə 7-ci sırada qərarlaşıb. Digər şahmatçılarımız Vüqar Əsədli və Misrətdin İsgəndərov 6 xalla 9-11-ci yerləri bölüşüblər.

Turnirin qalibi M.Krasenkov olub.

Yarışda 102 şahmatçı iştirak edib ki, onlardan da 33-ü qrosmeyster olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM